“İqtidarın müxtəlif simaları parlamentin kürsüsündən Azərbaycanın tərkibində Qarabağın gələcəyinin olduğunu iddia edir, türklərlə dostluğun zəruriliyindən danışırlar”.
KONKRET.az xəbər verir ki, bu barədə erməni deputat Tiqran Abramyan deyib.
O vurğulayıb ki, “Paşinyan hökuməti üçün soydaşlarımızın Qarabağdakı varlığı və ya fiziki mövcudluğu xüsusi maraq doğurmur. Önəmli olan odur ki, onlar hakimiyyətdədirlər, qarınları və cibləri də doludur.
Bəs biz Qarabağ “xalqı”nın Azərbaycan daxilində təhlükəsiz yaşamasını mümkün hesab edirikmi?”.
T.Abramyan bildirib ki, “Araik Arutyunyanın oturaq aksiyaya başlamasına ehtiyac yoxdur, o, indi böhranın idarə edilməsini həyata keçirilməli idi. Mən başa düşürəm ki, Qarabağda vəziyyət ifrat həddədir. Ona görə də beynəlxalq ictimaiyyətə emosional mesajlar göndərməyə ehtiyac var, amma bunu başqa cür etmək lazımdır”.
Sevinc Paşayeva.
KONKRET.az