ABŞ azyaşlı əfqan “gəlinlər”ilə bağlı ARAŞDIRMAYA BAŞLADIbackend

ABŞ azyaşlı əfqan "gəlinlər"ilə bağlı ARAŞDIRMAYA BAŞLADI

Evakuasiya edilmiş Əfqanıstan vətəndaşları arasında yetkin yaşa çatmamış evlənmək məcburiyyətində qalan qızların olduğu barədə məlumatların yayılması ilə əlaqədar olaraq ABŞ səlahiyyətliləri araşdırma aparmağa başlayıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. ABŞ Dövlət Departamentindən qeyd edilib ki, Amerika tərəfi bu cür işlərə çox ciddi yanaşır və müvafiq iş aparır.
Daha əvvəl Əfqanıstandan olan qaçqınlar arasında xüsusi Amerika immiqrasiya vizası üçün müraciət edən kişilərin yetkinlik yaşına çatmayan “həyat yoldaşı olaraq götürülən” qızların olduğu aşkarlanmışdı. Bəzi hallarda, qızların qohumlarının təkidi ilə belə bir “evlilik” bağlandığı aşikar edilsə də, ikinci məsələ Amerika vizası ala bilməkdən ibarət idi. Qeyd edək ki, eyni hallar Birləşmiş Ərəb Əmirliklərinə aparılan qaçqınlar arasında da təsbit edilib. Hazırda ABŞ-ın bu kimi vəziyyətlərin müəyyənləşdirilməsi ilə əlaqədar olaraq hansı tədbirləri görəcəyi bilinmir./Metbuat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*