ABŞ-Böyük Britaniya tarixi ticarət razılaşması dayandı – Tramp vədini niyə yerinə yetirmir?backend

ABŞ-Böyük Britaniya tarixi ticarət razılaşması dayandı - Tramp vədini niyə yerinə yetirmir?

ABŞ prezidenti Donald Trampın Böyük Britaniyaya vəd etdiyi “tarixi ticarət sazişi” hələ də işləmir.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bir ay əvvəl Tramp Böyük Britaniyanın baş naziri Keir Starmerə Britaniyanın əsas ixracat məhsulları – avtomobillər, polad və alüminium üçün rüsumları 25% azaltmağa söz vermişdi. Bununla belə, rüsumlar hələ də qüvvədədir və onların ləğvi üçün konkret müddət müəyyən edilməyib.

Biznes nümayəndələri Politico-ya bildiriblər ki, tariflərin ləğvi ayın sonuna qədər təxirə salına bilər. Bununla belə, Ağ Evin razılaşmanın qüvvəyə minməsi üçün dəqiq tarixlər təyin etdiyinə dair heç bir əminlik yoxdur. Bunu polad və alüminium sənayesinin nümayəndələri ilə görüşündə Böyük Britaniyanın sənaye naziri Sara Cons da deyib.

Amerika rəsmiləri buna cavab olaraq əmin edirlər ki, sazişin icrası ilə bağlı danışıqlar tam sürətlə gedir.

İndiyədək Böyük Britaniya yalnız tarifləri artırmaqdan möhlət alıb: Ağ Ev polad və alüminiuma tarifi 25%-də saxlayıb, digər ölkələr üçün isə 50%-ə qədər artırılıb. Bununla belə, Politico-nun qeyd etdiyi kimi, London razılaşmanın müəyyən şərtlərini yerinə yetirməsə, ABŞ iyulun 9-da və ya daha sonra bu qərarına yenidən baxa bilər.

Bunlara Çini poladdan və digər tədarük zəncirlərindən çıxarmaq, həmçinin Amerika mal əti istehsalçılarına Böyük Britaniya bazarına daha geniş çıxış imkanı vermək daxildir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*