ABŞ bu təşkilatı terrorçu siyahısından ÇIXARIRbackend

ABŞ bu təşkilatı terrorçu siyahısından ÇIXARIR

Bayden administrasiyası FARC adlı kolumbiyalı qiyamçı qrupu terror təşkilatları siyahısından çıxarmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Reuters” öz mənbələrinə istinadən yazıb.

Mənbələrdən birinin məlumata görə, ABŞ rəsmiləri çərşənbə axşamı təşkilatın terrorçu siyahısından çıxarıldığını elan edə bilər.

FARC üsyançıları 2016-cı ildə Kolumbiya hökuməti ilə sülh razılaşması əldə edərək, milyonlarla insanın didərgin düşməsinə və 260 mindən çox insanın ölümünə səbəb olan And ölkəsinin daxili silahlı münaqişəsindəki roluna son qoyub.

FARC ilk dəfə 1997-ci ilin oktyabrında ABŞ tərəfindən terror təşkilatı kimi tanınıb. Modern.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*