ABŞ Çinlə müharibəyə hazırlaşır? – “Defence News”backend

ABŞ Çinlə müharibəyə hazırlaşır? - “Defence News”

ABŞ Çinlə mümkün silahlı münaqişə vəziyyətində olduğu halda Sakit okeanda hərbi bazalar və aerodromlar şəbəkəsi yaratmağı planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə həftəlik “Defence News” ölkənin Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi, general Devid Elvinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Sakit okean regionunda bazaların yerləşdirilməsi konsepsiyası “Agile Combat Employment” (ACE) adlanır. General hesab edir ki, Vaşinqton öz forpostlarının hazırlanmasında “irəliləyiş əldə edir”, lakin bazaları mümkün hücumlardan qorumaq üçün daha çox səy göstərilməlidir.

Həftəlik nəşrin yazdığına görə, regionda yeni Amerika bazaları yerli mülki hava limanlarında və ya çöl şəraitində yerləşdirilə bilər. Onlar təyyarələrə yanacaq doldurmaq və onların təhlükəsizliyini təmin etmək də daxil olmaqla, çoxsaylı tapşırıqları yerinə yetirmək üçün təlim keçmiş hərbi personaldan ibarət “kiçik qruplar” tərəfindən idarə olunacaqlar.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*