ABŞ-da ağ cütlük qaradərili uşaqları qul edib – Qandonduran HADİSƏbackend

ABŞ-da ağ cütlük qaradərili uşaqları qul edib – Qandonduran HADİSƏ

ABŞ-da yaşayan ağdərili cütlük övladlığa götürdükləri 6-16 yaş arası 5 qaradərili uşağı “qul” kimi istifadə edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qalmaqallı ailənin qonşuları polisə məlumat verib. Həmin xəbərlərə görə, uşaqlar məcburi təsərrüfatla məşğul olub və tövlədəki kiçik otaqda yaşayıblar.

Qalmaqallı hadisə ABŞ-ın Qərbi Virciniya ştatında baş verib. Prokurorlar evsiz və həssas gənclər üçün sığınacaqdan övladlığa götürdükləri 6-16 yaş arası 5 uşağı tövlədə qıfıllı saxlayan 62 yaşlı Janna Vitefeather və 63 yaşlı Donald Lantza qarşı ittiham aktı hazırlayıblar.

“Uşaqlar özbaşına tövlədən çıxa bilməyiblər. Onların vanna otağı və yeməkləri yox idi”, – deyə Şerif Departamenti hadisə ilə bağlı açıqlama verib.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*