ABŞ da İrana qarşı sanksiyaları genişləndirirbackend

ABŞ da İrana qarşı sanksiyaları genişləndirir

Britaniyada səfərdə olan ABŞ Dövlət katibi Antoni Blinken Birləşmiş Ştatların İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın xarici işlər naziri Devid Lemmi ilə keçirdiyi birgə mətbuat konfransı zamanı deyib. Dövlət katibi Rusiyanın İrandan qısamənzilli ballistik raketlər aldığını da əlavə edib.

Qeyd edək ki, mətbuat konfransı zamanı Devid Lemmi və Antoni Blinken birlikdə Ukraynaya səfər edəcəklərini də açıqlayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*