Bu tarixdən internetdən imtina edənlər cərimələnəcəkbackend

Bu tarixdən internetdən imtina edənlər cərimələnəcək

“Qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan etibarən internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və imtina edərlərsə, onlar cərimələnəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz özünün “Facebook” hesabında paylaşımında qeyd edib.

O internet qiymətinin  bahalaşmasından sonrakı vəziyyət haqqında məlumat verib:

1. Bölgələrdə internetden imtina edənlər və şərikli internetlə bağlı statistika indiyədək açıqlanmayıb. Bildiyim qədər hər bir bölgədə çox sayda abunəçilər modemləri qaytararaq internetdən imtina edirlər. Sosial mediada da imtina ilə bağlı xeyli materiallar yerləşdirilib.

“Şərikli internet”ə daha çox əhali sıx yaşayan yerlərdə üstünlük verilir.

2. İndi də “Aztelekom” bildirib ki, qiymət artımından bir ay sonra, yəni 15 sentyabrdan sonra internetdən imtina edənlərin müraciəti qəbul edilməyəcək və əgər imtina olarsa onlar cərimələnəcək. “Aztelekom” iddia edir ki abonent bir il istifadə edəcəyi ilə bağlı müqaviləyə imza atıb. Abonentin isə bundan xəbəri yoxdur.

Xatırladıram ki, qanuna zidd formada tərtib olunaraq imzalatdırılan müqavilələrin hər hansı hüquqi əsası yoxdur.

3. Gözlənildiyi kimi “Aztelekom”un hər abonentə minimal 100 Mb/s sürət iddiası iflasa uğrayıb. Açıqlanan məlumatlardan görsənir ki, təqdim edilən sürətlər müqavilədə nəzərdə tutulanlardan xeyli aşağıdır. Bununla bağlı İKTA -ya və Antiinhisara da xeyli şikayətlər daxil olduğu bildirilir.

4. Sektorun tənzimləyici qurumu olan İKTA indiyədək bir dəfə də olsun bu məsələyə münasibət bildirməyib, daxil olan kütləvi şikayətlər və kütləvi imtinalarla bağlı heç bir açıqlama verməyib. Bir dəfə də olsun “Aztelekom”un müqavilələrini araşdırmayıb, 100Mb/s sürət qəbul etmək üçün texnoloji imkanı olmayan bir abonentlə belə bir sürət üçün necə, hansı əsasla müqavilə bağlanmasını araşdırmayıb.

Bir dəfə də olsun “Aztelekom”da monitorinq aparmayıb ki, görsün ki bu qurum hər bir abonetə 100 Mb/s sürət verə bilir , yoxsa onun ümumiyyətlə belə bir texniki-texnoloji imkanı yoxdur.

Anlamıram ki, bunlar olmayacaqsa, operatorlar və provayderlər öz bildiklərini edəcəksə onda yüzlərlə işçisi olan bu tip tənzimləyici qurum yaratmağa, onu saxlamağa ehtiyac vardımı?

Elə RİNN-in tənzimləmə şöbəsinin müdiri Əliyar Təmirov 20 ildir 3-4 nəfərlik komanda ilə bu işi görürdü də.

Təsəvvür etməzdim ki, tənzimləyici qurum provayderlər qarşısında bu dərəcədə aciz durumda ola bilər.

5. Antiinhisarın araşdırmaları başa çatmayıb. Güman ki bu günlərdə Antiinhisar bununla bağlı növbəti açıqlamasını yayacaq.

Ötən gün Antiinhisar təbii inhisar subyektlərinin nümayəndələrini yığaraq bir daha yeni Rəqabət Məcəlləsinin yeni tələblərini onlara çatdırıb”.

Aygün Mirakif,

KONKRET.az

 

  • Intiqam.
    Sentyabr 12, 2024 - 18:20

    Inanin ki, hec oxumaqa bele sebrim catmir artiq.biz millet olaraq gorun nece bir alacaqlarin elinde qalmiwiq.ol qutar ey Azeri turku.ol ey Oquz turkmeni.nece bizi hedeleyirler.imtina etsen cerime olacaqsan.vallahi bilmirem gulum ya hirsimden aqliyim.men uwaqliqimdan,hetta sovet dovrunden gizli de olsa sevinerek oz tariximizi oxuyub fexr edirdim.indi bir qrup namussuz nasistin elinde qaldiq.cox teesufffff(((

  • ilqar
    Sentyabr 12, 2024 - 19:22

    QAZİQLAMAGİN,YOL KƏSMƏNİN, SOYĞUNÇULUGUN,TALANİN YENİ ÜSULLARİ İCAD OLUNUR .ALLAHSİZ,VİCDANSİZ,DİNSİZ İMANSİZ VAMPİRLƏR TƏRƏFİNDƏN.HƏR İMKANİ YETƏN, QƏLƏM TUTAN ,AR NAMUSUNU ATAN-SATAN YENİ YENİ CƏRMƏLƏR İCAD EDİRLƏR.BU VƏZİFƏLİ ,PULLU QABAĞINDA ÇUL -QUL OLAN BİNƏVALAR BİR AZ GÜCSÜZ GÖRDÜLƏRİMİ ŞİRƏ ASLANA DÖNÜRLƏR.
    İNSANLARİN NİFRƏTİ, ALLAHİN LƏNƏTİ BU CƏHƏNNƏMİK VAMPİRLERİN ÜZƏRİNƏ OLSUN.
    AMİN,!

    • Sərfinaz
      Sentyabr 12, 2024 - 19:50

      Abunəçilikdən imtinaya görə heçkim cəzalandırıla bilməz, çünki müqavilə şərtlərini pozan abonent deyil. Əgər internetlə bağlı bir abunəçi akta imza atlbsa və şərtlər yenilənibsə həmin akt yenidən tərtib edilməlidir.Bu zaman abonent ya yeni şərtlərlə razılaşıb yeni akta imza atacaq, yadaki sərf etmirsə imtina edəcək!

  • Sərfinaz
    Sentyabr 12, 2024 - 19:46

    Heçkim cərimələnə bilməz, əgər abunəçi qiyməylə artımlna görə müqaviləni pozursa. Çünki müqavilə şərtlərini pozan abonent deyil ki, cəzalana. Bununla yanaşı əgər bir sənəd imzalanıbsa, yeni şərtlərə görə də sənəd imzalanmalıdır. O zaman abunəçi ya yeni qiymətlə razılaşıb həmin sənədə imza atacaq, yada şərtlər yeni qiymət artımı sərf etmədiyinə görə abunəçiçikdən imtina edəcək.

  • Haller
    Sentyabr 12, 2024 - 20:17

    Qanunla men istesem muqavileden cixaram ve sen mene hec ne ede bilmezsen…cox yuxaridan ucmayin!!!

  • Yavuz Eyyubov
    Sentyabr 12, 2024 - 21:08

    Bunlar o qədər bu xalqı adam yerinə qoymurlar ki, bu qədər etirazlara şikayətlərə heç məhəl qoymudlar. Ancaq cərimələr, hədə-qorxular. Siz kimsoniz ki, məhkəməsiz cərimə edəsiniz?

  • Terminator
    Sentyabr 13, 2024 - 00:06

    Belə də ki,1 il keçib və qanunda göstərilməyib ki İnternetin qiymətini amansızcasına qaldırıb sürəti də sözdə əslində isə aşağı salmaq olar.Bəs abonentlərin hüquqları hara getdi?🤔🤔🤔 Abonent ancaq cərimələnə bilər? Başqa heç nə….Onda müqavilə belə olmalıdır.Abonentlər heç bir formada səlahiyyətə malik deyillər və provayder tərəfindən istənilən halda qiymət qaldırıla bilər və sürət aşağı salına bilər buna görə irad bildirmək olmaz imtina edildikdə isə cərimə tətbiq ediləcək….

  • Terminator
    Sentyabr 13, 2024 - 00:15

    Düzgün olmayan cərimələnə bilər….Burada yüksək keyfiyyətli internet yoxdur ancaq qiymət artımı var… Qiyməti qaldıranda sürətin yüksək səviyyədə olması vəd edilirdisə indi keyfiyyət, sürət qalıb kənarda ancaq hədə qorxu ilə Xoxan gəldi filminin təqdimatı keçirilir. Bu ki gülünc vəziyyətə salır provayderləri deyəsən heç müqavilədə yazılanlardan da xəbərləri yoxdur istehlakçı hüquqlarının müdafiəsi haqqında bir az informasiya məlumat toplamaq lazımdır ki,bu cür vəziyyətə düşməsinlər…

  • Vazeh
    Sentyabr 13, 2024 - 03:24

    Bu müqavilə imzalandığı andan etibarsızdır. Əvvəla, inzibati orqan qaydaların pozulmasına görə təktərəfli qaydada cərimə tətbiq edə bilər ki, Aztelekom da inzibati orqan deyil. Burada müqavilə iştirakçıları bərabər tərəflərdir, birinin digərinə tabeçiliyi yoxdur və tərəflərdən hər hansı biri müqaviləni imzaladığı kimi vaxtından əvvəl ondan çıxa da bilər. Çünki, təkrar edirəm ki, tərəflər bərabərdir. İkincisi, Aztelekom qarşı tərəfə müqavilə şərtləri barədə dürüst və ətraflı məlumat verməyərək onu aldadıb və müqaviləni imzalatdırıb və buna görə cavabdehlik daşıyır. Uçuncüsü, müqavilə imzalandığı zaman qiymətlərin ən aşağı həddi 18 manat idi ki, müqavilədə bu göstərilməli və şərtlərdən biri olmalıdır. Əgər qiymət qaldırılıbsa, o zaman demək şərt dəyişdirilib. Qiymət şərti dıyişdirilirsə, müqavilənin qarşı
    tərəfinə bunu yenidən imzalatırmalı idi ki, bu da edilməyib. Eyni zamanda özü digər bir şərti də pozub. Yəni, internetin sürətini və xidmətin keyfiyyətini artıracağını elan etsə də, ona əməl etməyib. Digər tərəfdən, Aztelekom və xüsusən də Delta Telekom antiinhisar qanunvericiliyini pozduğu üçün özləri müvafiq inzibati orqan və ya onun iddiası ilə məhkəmə tərəfindən cəzalandırılmalıdır. Onun təbii inhisar olmasına gəldikdə isə, bu məsələ də Aztelekoma haqq qazandıra bilməz. Ona görə ki, təbii inhisarçılıq müştəriyə deyil, bu sahədə mümkün xidmət fəaliyyəti göstərən
    digər şirkətlərə (hansı ki belə başqa şirkət təbii olaraq mövcud deyil) münasibətdə mövcud olur. Yəni, təbii olaraq bu sahədə xidmət göstərməsi ehtimal edilən başqa şirkət və rəqib mövcud olmur. Lakin, təbii inhisarçılıq müştərinin xidmətdən istifadə, yaxud imtinasına münasibətə tətbiq oluna bilməz. Burada öz sahəsi üzrə digər bir təbii inhisarçını da götürək! Məsələn, hər hansı enerji istehlakçısı elektrik enerjisindən istifadə edə də bilər, etməyə də və imtinaya görə Azərişığ onu heç vaxt cəzalandırmır. Yalnız istifadə etdiyi halda, enerjinin dəyərinin ödənilməsini tələb edə bilər, istifadə etmədiyinin isə deyil. Məgər Azərişıq təbii inhisarçı deyil? Hər hansı şəxs bazrda hər hansı bir məhsulu götürə bildiyi kimi keyfiyyəttinin aşağı, yaxud qiymətinin yuxarı olmasına görə onu qaytarıb almaqdan imtina edə də bilər və bu zaman satıcının onu məhsulu almamasına görə cəzalandırmaq ixtiyarının olmasını yalnız axmaqlar düşünı bilər. Eyni qaydaları Aztelekomla abunəçinin də münasibətlərinə şamil etmək qanun və ədalətin tələbidir. Lakin Aztelekomun bu halları nızırə almayıb kələ-zorbalıq etməsi azad bazar prinsiplərinə zidd olmaqla, onun tərəfindən yol verilən həyasızlıq və zorakılıqdan başqa bir şey deyil. Həmçinin, müəssisə bu hərəkətləri ilə qanunla müəyyən olunmuş istehlakçı hüquqlarını pozur ki, buna və haqsız təkəlçiliyə aidiyyəti dövlət orqanı münasibət bildirməlidir. Burada həyasızlıqdan hiddətlənən insan kimi bir az ifrat və emosional yanaşmaya gedərək bildirirəm ki, taarif qiymətini əsassız yerə qaldırdığı üçün mən də istifadə etdiyim modemi geri qaytaracağam, Aztelekomun hünəri var mənə münasibətdə bu tip yekəxanalığa və yekəbaşlığa yol versin.

  • Ayaz
    Sentyabr 13, 2024 - 14:07

    25 manata qaldırır, amma ,sürət o müqabildə deyil .Tək bir sən pul tələb edirsənsə neçə milyon əhalini aldadıb aşağı sürət verirsiz sürəti tənzimləyin.4 aydır məndən tv boxsun pulun çıxırlar bu ay əldə etmişəm hələ də istifadə edə bilməmişəm.

  • Vüsal
    Sentyabr 13, 2024 - 14:52

    Bu mövzudan kənar da olsa “Nar” operatorunda da buna bənzər bir şey ilə qarşılaşmışam. Aylıq sərfiyyat 1.99 AZN – dən aşağı olarsa razılığıkîzî almadan, xəbərimiz olmadan avtomatik olaraq balansımızdan 2 AZN tutulur və əvəzinə sifariş etmədiyimiz halda danşıq dəqiqələri və internet paketi verir. Onu da istifadə etməsən bir neçə gün ərzində onu da sıfırlayırlar. Ümumiyyətlə balansa mədaxil etmədikdə nömrənin xətti birtərəfli bağlanmalıdır. Bunlar həm çıxan zənglərin xəttini bağlayır, həm də həmin nömrəyə zəng edəndə “Nömrə təyin olunmayıb” anonsunu verir. Balansa pul mədaxil etdikdən sonra xətt açılır, zəng də gəlir. Ümumiyyətlə yükləmədim bir neçə gün ərzində nömrəni özləri “yandırdılar” Operatora zəng etdim, özlərindən razı bir halda öz tərəflərini müdafiə etdilər. Mədəni dildə “Zor edirik” dedilər. Son dəfə zəng etdim, “nömrəni dublikat edin” dedilər. Bu saxtakarlığa görə nömrədən birtərəfli qaydada imtina etdim və yeni sim kart alıb Azercelll Operatoruna qoşuldum. Qiymətlər demək hamısında eynidir amma fiziki şəxslər üçün “Azercell”ən etibarlı operatordur.

    • Toni
      Sentyabr 14, 2024 - 04:51

      Emr yuxaridandi meqsed ve hedefler aydindi , Azercell kimdiki uzun muddet muqavimet gostersin

  • Aynur
    Sentyabr 13, 2024 - 16:09

    18 manat olanda internet bundan yaxşı işləyirdi.indi 25 manat ödəyirəm duran yerde internet kəsilir.hecne anlaya bilmirəm bunlar sürəti azaldib qiyməti qaldırıb.bu ne ölkədir başım çıxmır özbaşınalıq buna bir nəfər nəzarət edə bilmir ki.hele bunlar cərimə etməkdən danışırlar.

    • Toni
      Sentyabr 14, 2024 - 04:54

      Hansi nezaret? Emrler yuxaridan verilib ve icra edilir helede anlamirsiz?

  • Həmid
    Sentyabr 13, 2024 - 16:25

    Qısaca desək Aztelekom at oynadır. Nə dövlətə, nə də qanunlara məhəl qoymur. Deyir burada ağa mənəm Bağdadda da …

  • Guli
    Sentyabr 13, 2024 - 21:44

    Xalqı ələ salıblar kütləvi internet xəttləri çəkib müqavilə ilə əsirə çeviriblər,hədə biçirlər,Məncə bu biznesmenlər azərbaycanlı deyillər.Hitler kaş o vaxt bəzi xalqların kökün kəsərdi

  • Cavad
    Sentyabr 14, 2024 - 00:57

    Polad Alemdar olub o əmri verənin evinə basqın düzənləməyim gəlir) Həqiqətən çox alçaq bir qərardı. Camaat ət alıb yeyə bilmiree. Axı bu dəqiqə hər şey o lənətə gəlmiş internetə bağlıdır. Kəsib atmaq da olmur. İnsanda insaf da yaxşı şeydir. Qiymət qaldırmaq istiyirsən 1-2manat qaldır və buna səbəb göstər. Sən dur rahat rahat 2 qat qiymət qaldır sonra da milləti cəriməylə təhdid et? Hər kəsi bu mabarizədə aqresiv olmağa çağırıram. Əks halda birazdan Türkiyədəki kimi hər səhər yeni qiymət artımıyla oyanacayıq !

  • Sabir
    Sentyabr 14, 2024 - 01:00

    Bu barədə Avropa məhkəməsinə yazılı müraciət etmişəm. Bu iş belə qalmıyacaq

    • Yurist
      Sentyabr 15, 2024 - 21:37

      👍

  • Qaci Ceferov
    Sentyabr 14, 2024 - 09:32

    Bunu bildirimki muqavilede artim olacagi haqqinda hecbir esaslanma yoxdur abonent 1 il muddetine 18 Azn odeyeceyine qol cekib ve 1 il muddetine herkesinde raziligi olub birincisi Aztelekom muqavilenin sertlerin kobudcasina pozur buna gorede heckesi cerimelemek huququna malik deyil.

  • Nadir
    Sentyabr 14, 2024 - 11:59

    XALQIN CİBİNƏ GİRƏN CİBGİR VƏ SOYĞUNÇULARA LƏNƏT VƏ NİFRƏT OLSUN !

  • Səbinə
    Sentyabr 14, 2024 - 21:44

    Antiinhisarın araşdırmasını gözləmədən qiyməti qaldırdılar . Keyfiyyət bərbad ,sürət sıfır . Hansı internetdən söhbət gedir ? Belə də ki,imtina etmək abonentin tam haqqıdır

  • Yurist
    Sentyabr 15, 2024 - 21:36

    Yəni üzr istəyirəm ifadəmə görə yesen də xiyardur yeməsen de 😀

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*