ABŞ-da məktəbdə atışma:  4 ölü, 30 yaralıbackend

ABŞ-da məktəbdə atışma: 4 ölü, 30 yaralı

Corciya ştatının Uinder şəhərində yerləşən məktəbdə atışma baş verib, 4 nəfər ölüb, 30-a yaxın adam yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə CNN hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edilib ki, Barrou dairəsində bütün məktəblər müvəqqəti bağlanıb, təhlükəsizlik məqsədilə ora polis əməkdaşları göndərilib.

Telekanal şübhəlinin ələ keçirildiyini iddia edir, onun bu məktəbin şagirdi olub-olmadığı məlum deyil.

Hadisə yerində beş təcili yardım maşını olub və yaralılardan ən azı birinin helikopterlə xəstəxanaya yerləşdirilməsi tələb olunub.

Zərərçəkənlərin vəziyyəti barədə məlumat verilmir. FTB-nin (Federal Təhqiqat Bürosu) əməkdaşları yerli hüquq-mühafizə orqanlarına yardım edir.

İlkanə Şəvəqqət,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*