ABŞ-da qar fırtınası və soyuqlar səbəbindən artıq 78 nəfər ölüb.
KONKRET.az xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.
Qar fırtınası nəticəsində ən çox ölüm halları Kolorado, Kanzas, Kentukki, Ohayo, Nebraska, Missuri, Oklahoma, Miçiqan, Cənubi Karolina, Tennessi, Viskonsin, İllinoys və Vermontda qeydə alınıb.