ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində ticarət mərkəzinə silahlı basqın nəticəsində 4 nəfər ölüb.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, İndianapolisdəki “Greenwood Park Mall” ticarət mərkəzində silahlı şəxs atəş açıb.
Atışma nəticəsində hücum edən şəxs də daxil olmaqla 4 nəfər ölüb, 2 nəfər yaralanıb.
Məlumata görə, hücum edən şəxs ticarət mərkəzinə gələn silahlı şəxs tərəfindən güllələnib.
Polis hadisənin səbəblərini araşdırır.
İqbal Rzayev,
KONKRET.az