ABŞ-da yumruq təsvir olunan yeni sikkələr buraxılacaqbackend

ABŞ-da yumruq təsvir olunan yeni sikkələr buraxılacaq

ABŞ Xəzinədarlığı Prezident Donald Trampın təsviri olan 1 dollarlıq yeni kolleksiya sikkələri buraxmağı düşünür.

KONKRET.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

Bu addım ABŞ-ın yaranmasının 250 illiyi çərçivəsində planlaşdırılır. Layihədə ABŞ-ın hazırkı prezidenti Amerika bayrağı fonunda qaldırılmış yumruqla təsvir olunacaq. Bu şəkil 2024-cü ildə ona qarşı sui-qəsd cəhdindən sonra çəkilmiş məşhur fotoşəkilə istinad edir.

Sikkənin son dizaynı hələ təsdiqlənməyib. Xəzinədarlıq nümayəndəsinin qeyd etdiyi kimi, agentlik belə hallar üçün kollektor sikkələri zərb etmək üçün qanuni səlahiyyətə malikdir.

İyunun 25-də Trampın portretinin əks olunduğu qızıl sikkələr buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*