ABŞ-ın Nyu-Cersi ştatında 3 bal gücündə zəlzələnin qeydə alınıb.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, episentr Bergen dairəsində yerləşən Hasbruk-Hayts rayonunda olub. Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib.
Yeraltı təkanlar Nyu-Yorkda da hiss edilib. Hazırda dağıntılar və xəsarət alanlar barədə məlumat verilmir.