ABŞ-ın Azərbaycandakı səfirliyi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədinin Kəlbəcər istiqamətində törədilən təxribatın qarşısı alınarkən saxlanılan 5 erməni hərbçini qarşı tərəfə təhvil verməsini alqışlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə səfirliyin tviter səhifəsində paylaşım edilib.
“Biz Azərbaycanın 2021-ci il noyabr ayının 16-da saxlanılan beş erməni hərbçini dekabrın 29-da geri qaytarmasını alqışlayırıq”, – paylaşımda qeyd olunub.
Qeyd edək ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq dekabrın 29-da Macarıstan vasitəçiliyi ilə 5 erməniəsilli şəxsi Ermənistan tərəfinə təhvil verib.