“ABŞ İranla səmərəli danışıqlara ümid edir”.
KONKRET.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio deyib.
“ABŞ ümid edir ki, İranla danışıqlar səmərəli olacaq və İslam Respublikasının nüvə proqramı ətrafında yaranmış vəziyyətin sülh yolu ilə həllinə gətirib çıxaracaq. Biz vəziyyətin sülh yolu ilə uzunmüddətli nizamlanmasının tərəfdarıyıq”, – Rubio vurğulayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az