ABŞ-dan Suriyadakı kürd silahlı qruplaşmalarına TƏLƏB: Sürətləndirin!backend

ABŞ-dan Suriyadakı kürd silahlı qruplaşmalarına TƏLƏB: Sürətləndirin!

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirib ki, “Suriya Demokratik Qüvvələri (SDF) Suriyanın vahid dövlət, vahid ordu və vahid xalqdan ibarət olduğunu mümkün qədər tez qəbul etməlidir. Bu istiqamətdə danışıqlar daha sürətli və çevik şəkildə aparılmalıdır”.

KONKRET.az xəbər verir ki, hazırda Dəməşqdə ABŞ, Türkiyə, Fransa, Suriya hökuməti və YPG/PKK ilə əlaqəli SDF nümayəndələrinin iştirakı ilə danışıqlar keçirilir.

Danışıqlarda aşağıdakı məsələlər müzakirə olunur:

  • YPG/PKK qüvvələrinin Rəqqa və Deyr-əz-Zor kimi ərəb əhalisinin üstünlük təşkil etdiyi bölgələrdən tamamilə çıxması;

  • Kürd idarəçiliyinin yalnız kürd əhalisinin çoxluq təşkil etdiyi Həsəkə kimi bölgələrdə yerli özünüidarə formasında məhdudlaşdırılması;

  • SDF döyüşçülərinin Suriya ordusuna inteqrasiyası məsələsinin yenidən nəzərdən keçirilməsi və həyata keçirilməsi.

Bu inkişaflar Suriyada yeni siyasi və hərbi balansın formalaşmasına səbəb ola bilər.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*