Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başladı – FOTOLARbackend

Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başladı - FOTOLAR

Bakıda Azərbaycan Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatına start verilib. Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 60-dan çox idmançı iştirak edir.

KONKRET.az xəbər verir ki, turnirdə kişi və qadın oxatanlar üç yaş kateqoriyası üzrə mübarizə aparırlar. Bu gün iştirakçılar hazırlıq məqsədilə məşq sessiyalarında qüvvələrini sınayıblar.

Yarış avqustun 29-da sıralama atışları ilə davam edəcək. Final mərhələsi isə avqustun 30-da baş tutacaq. Həmin gün çempionatın qalibləri müəyyən olunaraq mükafatlandırma mərasimi keçiriləcək.

Qeyd edək ki, çempionat Azərbaycan Kamandan Oxatma Federasiyası tərəfindən oxatma idman növünün inkişafına dəstək vermək, həmçinin milli komandanı formalaşdırmaq məqsədilə təşkil olunub.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*