ABŞ-dan Türkiyəyə TƏZYİQ: “Rusiya aviaşirkətlərinə Boeing-in uçuşunu QADAĞAN ET”backend

ABŞ-dan Türkiyəyə TƏZYİQ: "Rusiya aviaşirkətlərinə Boeing-in uçuşunu QADAĞAN ET"

ABŞ Türkiyəyə Rusiya ilə bağlı təzyiq edir.

KONKRET.az xəbər verir ki, bu barədə The Wall Street Journal danışıqlardan xəbərdar olan ABŞ rəsmilərinə istinadən bildirib.

“ABŞ Türkiyəyə təzyiq edir ki, Ankara rus hava yollarının Boeing-də ölkəyə uçuşunu qadağan etsin”, – nəşr yazıb.

Nəşrin yazdığına görə, Türkiyə tərəfinə xəbərdarlıq edilib ki, türklər təyyarələrə yanacaq doldursalar və Amerika istehsalı olan Rusiya Federasiyasına məxsus təyyarələrin ehtiyat hissələrinin tədarükünü təmin etsələr, onları həbs, cərimə gözləyir, ixrac imtiyazlarını da itirəcəklər. Bu, Rusiya və Belarusdan uçuşlar həyata keçirən Boeing-lərə aiddir.

Nəşrin müəllifləri bunun 2022-ci ildə qoyulan ixrac məhdudiyyətlərini pozduğunu vurğulayırlar.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*