Azərbaycanda bu şəxslərin maaşı 90 faiz artırıldıbackend

Azərbaycanda bu şəxslərin maaşı 90 faiz artırıldı

Naxçıvan Dövlət Universiteti əməkdaşlarının aylıq vəzifə maaşı orta hesabla 15% artırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə müvafiq qərar imzalanıb.

Qərara əsasən, ali məktəbin dekan və dekan müavinlərinin aylıq vəzifə maaşına 30%-ə qədər əlavə edilib.

Kafedra müdirlərinin akademik və keyfiyyət meyarları əsasında qiymətləndirilməsinə və dərs yükünə görə aylıq vəzifə maaşı 20%-ə qədər artırılıb.

Tibb fakültəsinin professor-müəllim heyətinin aylıq vəzifə maaşına 40%-ə qədər əlavə edilib.

Tədrisi ingilis dilində olan ixtisaslarda tədrislə məşğul olan professor-müəllim heyətinin aylıq vəzifə maaşında artım isə 90%-ə olub. (Teleqraf.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*