“Amerika Birləşmiş Ştatları Ukraynaya silah və hərbi texnikanın yeni partiyasını göndərməyə hazırlaşır”.
KONKRET.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer brifinqdə bildirib.
“Biz həmçinin Ukraynaya təcili ehtiyac duyulan başqa bir yardım paketi üzərində işləyirik”.
Jan-Pyer yeni paketə konkret nələrin daxil ediləcəyini açıqlamayıb. Lakin onun sözlərinə görə, ABŞ Xarkov vilayətində Ukrayna Silahlı Qüvvələrinə yardım göstərməyə çalışır, çünki orada Ukrayna qüvvələri inadkar döyüşlər aparır.
Spikerin sözlərinə görə, ruslar Xarkov vilayətində hücuma cəhd ediblər və tezliklə orada hücum əməliyyatlarının tempini gücləndirə bilərlər.
“Rusiya bunu Ukrayna sərhədi boyunca dayaz bufer zonası yaratmaq üçün edir. Və biz kömək etmək üçün Ukrayna ilə sıx əməkdaşlıq edirik”, – Jan-Pyer bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az