ABŞ-nin Nyu-York şəhərində yerləşən “LaGuardia” hava limanında “United Airlines” aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi uçuş-enmə zolağında toqquşub.
KONKRET.az xəbər verir ki, insident zamanı təyyarələrdən biri hərəkət etdiyi an digərinə çırpılıb.
Hadisə zamanı təyyarədə olan sərnişinlər yüngül sarsıntı hiss etsələr də, kapitan hadisəni elan edənədək bunun başqa təyyarə ilə toqquşma olduğunu bilməyiblər.
Toqquşmadan sonra hər iki təyyarə təhlükəsizlik məqsədilə terminala qaytarılıb. Ümumilikdə 328 sərnişin və 15 ekipaj üzvü arasında xəsarət alan olmayıb.
Hazırda mütəxəssislər hadisənin səbəblərini araşdırır, həmçinin, təyyarələrdən birinə dəyən ziyanın miqyasını qiymətləndirirlər.
