ABŞ “Dəmir Qübbə” üçün raket istehsalını yenidən artıracaqbackend

ABŞ “Dəmir Qübbə” üçün raket istehsalını yenidən artıracaq

ABŞ İsrail ordusuna “Dəmir Qübbə” raket əleyhinə müdafiə ( PRO) sistemləri üçün sursat istehsalını artırmağa hazırlaşır .

KONKRET.az “The Wall Street Journal”a istinadən xəbər verir ki, ABŞ Yaxın Şərqdə münaqişənin kəskinləşməsi səbəbindən artan tələbat fonunda artıq Arizonada istehsalı genişləndirmək üçün əlavə vəsait yatırmaq niyyətindədir .

Nəşr bildirir ki, münaqişənin kəskinləşməsi ABŞ ordusunun “Dəmir Qübbə” üçün sursat istehsalına “yatmış marağını” yenidən canlandırdı .

Məlumata görə, İsrailin bu sursat ehtiyatları sürətlə tükənir .

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*