ABŞ Dövlət Departamenti: “Biz Ukraynanın ən böyük tərəfdarıyıq və…”backend

ABŞ Dövlət Departamenti: “Biz Ukraynanın ən böyük tərəfdarıyıq və...”

ABŞ Dövlət Departamentinin nümayəndəsi Təmmi Brüs jurnalistlərin suallarını cavablandırarkən Ukraynaya hava hücumundan müdafiə (HƏM) sistemlərinin verilməsi məsələsinə münasibət bildirib.

KONKRET.az xəbər verir ki, o qeyd edib ki, Vaşinqton Ukraynanı dəstəkləməkdə israrlıdır və bu məqsədlə Avropa İttifaqı ölkələri ilə müvafiq sistemlərin Kiyevə ötürülməsi barədə müzakirələr aparır.

“Biz Ukraynanın ən böyük tərəfdarları və müdafiəçiləriyik. Onu HƏM sistemləri ilə dəstəkləmək istəyirik. Bu prosesdə bir neçə tərəf iştirak edir və Dövlət Departamenti birbaşa aidiyyəti olmayan bəzi amunisiya və alış məsələlərinə görə tənqid olunur. Amma əminəm ki, biz bacardığımız hər şeyi etmişik və etməkdə davam edirik”, – deyə Brüs bildirib.

O həmçinin ABŞ-ın Ukraynaya qarşı qadağalar qoyduğu ilə bağlı iddiaları rədd edib: “Biz Ukraynaya nəyisə etməyə icazə verməməkdə deyil, əksinə, onu dəstəkləməkdə maraqlıyıq. Məqsədimiz bu müharibəyə son qoymaqdır və biz bu istiqamətdə işi davam etdiririk.”

Müşviq Tofiqoğlu,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*