ABŞ Hindistandan oğurlanmış 307 əsəri GERİ QAYTARDIbackend

ABŞ Hindistandan oğurlanmış 307 əsəri GERİ QAYTARDI

ABŞ Hindistanın məbədlərindən oğurlanmış 307 incəsənət əsərini geri qaytarıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The Times of India” nəşri məlumat yayıb.

Bildirilib ki, geri qaytarılan əsərlərin təhvil-təslim mərasimi Hindistanın Nyu-Yorkdakı Baş Konsulluğunda baş tutub.

“Biz Hindistana yüzlərlə sənət əsərini qaytardığımız üçün qürur duyuruq. Oğurlanmış bu artefaktların qaytarılması ABŞ və Hindistanın hüquq-mühafizə orqanlarının əməkdaşlığı sayəsində mümkün olub”, – Manhetten prokuroru bildirib.

Məlumata görə, onların ümumi dəyəri 4 milyon dollardır. Ən qiymətlisi 12-13-cü əsrlərə aid 85 min dollar dəyərindəki hindu tanrısı Parikaranın mərmər heykəlciyidir.

İstintaq zamanı Asiya ölkələrindən oğurlanmış 143 milyon dollar dəyərindəki 2,5 min incəsənət əsəri müsadirə edilib.

Qeyd edək ki, 2021-ci ilin oktyabrında ABŞ Hindistandan oğurlanmış 15 milyon dollar dəyərində 250 sənət əsərini geri qaytarıb.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*