ABŞ-ın Avropadakı hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirildibackend

ABŞ-ın Avropadakı hərbi bazaları yüksək hazırlıq vəziyyətinə gətirildi

ABŞ-ın Avropadakı bir sıra hərbi bazaları terror hücumuna məruz qala biləcəyi ilə bağlı narahatlıqlar fonunda yüksək hazırlıq vəziyyətinə gətirilib.

KONKRET.az xəbər verir ki, bu barədə CNN adı açıqlanmayan iki amerikalı məmura istinadən məlumat yayıb.

Həmsöhbətlər qeyd ediblər ki, hərbi bazalar, o cümlədən Avropa Komandanlığının (USEUCOM) qərargahının yerləşdiyi Ştutqartdakı ABŞ qarnizonu, silahlı qüvvələrin mühafizəsini iyunun 30-da Çarli təhdid səviyyəsinə qədər gücləndirib.

ABŞ Ordusunun məlumatına görə, bu səviyyə hər hansı hadisə baş verdikdə, terror hücumu, personala və ya qurğulara hücum ehtimalını göstərən kəşfiyyat məlumatı olduqda istifadə olunur.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*