Türkiyə milli qırıcı təyyarə KAAN-ın istehsalını ABŞ-ın tətbiq etdiyi sanksiyalar səbəbindən tam həyata keçirə bilmir.
KONKRET.az xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Hakan Fidan açıqlama verib. Onun sözlərinə görə, KAAN layihəsinin mühüm hissəsi olan mühərriklərin lisenziyaları ABŞ Konqresində CAATSA qanunu çərçivəsində dondurulub.
“KAAN-ın istehsalına başlaya bilmək üçün lisenziyalar təsdiqlənməli, mühərriklər ölkəyə gətirilməlidir”, – deyə Fidan bildirib.
Nazir vurğulayıb ki, NATO müttəfiqləri arasında belə məhdudiyyətlərin mövcudluğu “partnyorluq ruhuna zidd olan sistemli problemdir”.
Müşviq Tofiqoğlu
KONKRET.az