ABŞ-ın Ər-Riyaddakı diplomatları ölkəni tərk etdibackend

ABŞ-ın Ər-Riyaddakı diplomatları ölkəni tərk etdi

Səudiyyə Ərəbistanında koronavirusa yoluxma faktı ciddi şəkildə artdığı üçün ABŞ diplomatlarından bəziləri ailələri ilə birlikdə ölkəni tərk edib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Voll Strit” nəşri yayıb.

Məlumata görə, ötən həftə ABŞ Dövlət Departamenti təcili işi olmayan bütün işçilərin ölkəni tərk etməsinə icazə verib.

Növbəti həftələrdə isə digər diplomatların ölkəni tərk edəcəyi gözlənilir.

Qeyd edilib ki, Ər-Riyad səfirliyində əməkdaşların evdən işləməsinə baxmayaraq, 30 nəfər koronavirusa yoluxub. Səfirliyin sürücüsü isə koronavirus səbəbindən həyatını itirib.

axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*