ABŞ-ın idxal qadağası nəyi dəyişəcək? – Ekspert AÇIQLADIbackend

ABŞ-ın idxal qadağası nəyi dəyişəcək? - Ekspert AÇIQLADI

“ABŞ-ın Rusiyadan aldığı xam neft və neft məhsulları onun bu sahədə idxalının 10%-ə yaxınını təşkil edir, yəni elə də çox deyil. Amma önəmsiz də deyil”.

KONKRET.az xəbər verir ki, bunu politoloq Şahin Cəfərli ABŞ-ın Rusiyadan neft və qaz idxalını dayandırmasını şərh edərkən deyib.

“Senator Kris Kuns bu qərarın daxili bazarda yanacağın qiymətini daha da artıracağını söyləyərək “amma azadlığın bir bədəli var, ödəməliyik” deyib.

ABŞ-dan sonra Yaponiyanın da analoji qərar qəbul edəcəyi gözlənilir. Avropa Birliyi ilə bağlı durum isə mürəkkəbdir. Onların neft və neft məhsullarına olan ehtiyacının üçdə birini Rusiya qarşılayır. AB-nin alternativ mənbələr tapmadan embarqoya qoşulması çox çətindir”, – deyə politoloq bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*