ABŞ-ın kommersiya neft ehtiyatları azaldıbackend

ABŞ-ın kommersiya neft ehtiyatları azaldı

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neft ehtiyatları 1 270 min barel azalaraq, təxminən 437 813 min barel təşkil edib.

KONKRET.az Amerika Neft İnstitutunun (API) proqnozlarına istinadən verdiyi məlumata görə, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 1 551 min barel artacağını proqnozlaşdırıb.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.//APA

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*