ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Ukraynaya silah tədarükünün dayandırılmasına aydınlıq gətirİB.
ABŞ-ın NATO yanında daimi nümayəndəsi Metyu Uitaker Ukraynaya silah tədarükünün müvəqqəti dayandırılmasını Vaşinqtonun öz maraqlarını prioritet sayması ilə izah edib.
KONKRET.az xəbər verir ki, Uitakerin sözlərinə görə, ABŞ əvvəlcə öz ehtiyaclarını təmin etməlidir:
“Əvvəlcə Birləşmiş Ştatların ehtiyaclarına diqqət yetirməliyik. Pentaqon da daim bunun üzərində işləyir ki, ABŞ-ın güc nümayiş etdirməsi üçün zəruri olan strateji müdafiə imkanları yerində olsun”.
Diplomat bildirib ki, ABŞ raket sistemləri, xüsusən də Patriot kompleksləri və digər silah növləri ilə bağlı kifayət qədər ehtiyatının olduğuna əmin olmalıdır:
“Biz əmin olmalıyıq ki, hansı cəbhədə olursa-olsun, uğur qazanmaq üçün lazım olan hər şeyə sahibik”.
Natiq Səlim,
KONKRET.az