ABŞ-ın neft ehtiyatları AZALDIbackend

ABŞ-ın neft ehtiyatları AZALDI

Ötən həftənin yekunlarına görə, ABŞ-da neftin kommersiya ehtiyatları 7 056 min barel azalaraq 424 954 min barel təşkil edib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın kommersiya neft ehtiyatlarının 275 min barel azalacağını proqnozlaşdırırdı.

ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında “qara qızıl”ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*