Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqısına əlavələr ediləcək.
KONKRET.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.
O bildirib ki, 2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllim iştirak edib:
“2025-ci ilin sentyabr ayı üzrə müəllimlərin orta aylıq əməkhaqqısı 965 manat təşkil edib. Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfəyə qədər artıb”.

Məsələnin müəllimlə.
Hələ ayın axırında da yazarsız bu müəllimlər artım aldı.
Yaya , sertifikasiyaya yaxın da deyin artacaq ,avqust da da deyin,sentyabrda da.Baglanan sinifləri deməyin,ixtisar olunan statları deməyin ,inflyasiya ilə artımın nisbətini isə heç deməyin.Artımin konkret bir müəllim üzərində təhlil edib mizer artımi isə Heeeeec deməyin.Susun.Ancaq hər ay müjdə verin.Bravo👏🏼