ABŞ-ın Rusiya ilə görüşdə planı NƏDİR?backend

ABŞ-ın Rusiya ilə görüşdə planı NƏDİR?

Yanvarın 10-da Rusiya ilə Cenevrədə keçiriləcək danışıqlarda ABŞ raketlərin yerləşdirilməsi və Avropada hərbi təlimlərin miqyasını müzakirə etməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə “Vaşinqton Post” nəşri məlumat yayıb.

Nəşr qeyd edib ki, Ağ Ev qarşıdakı məsləhətləşmələr zamanı Moskvanın Ukrayna ətrafında böhranın həllinə ciddi yanaşdığını, yoxsa vəziyyəti uzatmaq üçün ABŞ-a qarşı tələblərindən istifadə etdiyini öyrənməyi planlaşdırır.

Qeyd edək ki, gələn həftə Rusiya və ABŞ Cenevrədə strateji sabitliyə dair növbəti dialoq keçirəcək, bundan sonra Brüsseldə Rusiya-NATO Şurasının iclası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında məsləhətləşmələr baş tutacaq. Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*