ABŞ-ın Ukrayna münaqişəsi üzrə sülh danışıqlarından geri çəkilməsi ehtimalı Rusiyanın maraqlarına uyğun gəlir və bu, ciddi şəkildə Ukraynanın ziyanına işləyə bilər. Bu barədə The Telegraph nəşrinin analitikləri bildiriblər.
KONKRET.az xəbər verir ki, analitiklərin fikrincə, əgər Vaşinqton danışıqlardan çəkilərsə, Ukraynaya yönələn ABŞ silah və kəşfiyyat dəstəyi də dayandırıla bilər.
Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Donald Tramp bu məsələni daha əvvəl gündəmə gətirmişdi. Bu gün isə ABŞ-ın hazırkı vitse-prezidenti Cey Di Vens bu barədə yenidən açıqlama verərək məsələni xatırladıb.
Natiq Səlim,
KONKRET.az