ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Şaraa ilə İstanbulda görüşdübackend

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Şaraa ilə İstanbulda görüşdü

ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barraq, Suriya Prezidenti Əhməd Əş-Şaraa ilə İstanbulda görüş keçirib. Görüş zamanı əsas diqqət ABŞ-ın Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların aradan qaldırılması məsələsinə yönəlib.

KONKRET.az xəbər verir ki, Barraq bildirib ki, bu qərar İŞİD-ə qarşı mübarizəni gücləndirməyəillərlə davam edən müharibədən əziyyət çəkən suriyalıların dəstəklənməsinə xidmət edəcək:

“Biz ABŞ-ın Suriya xalqına ölkələrini yenidən qurmaqda kömək etmək öhdəliyini bir daha təsdiqlədik”.

Görüşdə həmçinin Suriya xarici işlər naziri Əsəd Əş-Şibani də iştirak edib. Tərəflər Prezident Trampın Suriya üçün nəzərdə tutduğu sabit və firavan gələcək planının reallaşdırılması istiqamətində atılacaq addımları müzakirə ediblər.

Natiq Səlim, KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*