ABŞ-ın Türkiyədəki səfiri Suriyaya xüsusi nümayəndə təyin edildibackend

ABŞ-ın Türkiyədəki səfiri Suriyaya xüsusi nümayəndə təyin edildi

ABŞ-ın Türkiyədəki səfiri Tomas Barrak özünün X (əvvəlki Twitter) hesabında Suriya üzrə xüsusi nümayəndə vəzifəsinə təyin olunduğunu açıqlayıb.

KONKRET.az xəbər verir ki, qeyd edilir ki, ABŞ prezidenti Donald Tramp Suriya ilə bağlı sanksiyaların aradan qaldırılması planını elan edib. Bu addım ölkədə sabitliyin bərpasına və yeni hökumətin dəstəyinə yönəlib. Tomas Barrak Dövlət katibi Marko Rubionun rəhbərliyi altında ABŞ-ın Suriya siyasətinin həyata keçirilməsində yardımçı olacaq.

Diplomatın sözlərinə görə, sanksiyaların götürülməsi İŞİD terror qruplaşmasının məğlub edilməsini əsas prioritet kimi saxlayacaq və suriyalıların daha sabit və sülhsevər gələcək qurmasına imkan yaradacaq. ABŞ eyni zamanda Türkiyə və Körfəz ölkələri kimi regional tərəfdaşlarla əməkdaşlıq etməyi planlaşdırır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*