“ABŞ-ın Ukraynanı NATO-ya üzv etmək istəyi ciddi səhv idi və bu, müharibəyə səbəb oldu” – Kissincerbackend

"ABŞ-ın Ukraynanı NATO-ya üzv etmək istəyi ciddi səhv idi və bu, müharibəyə səbəb oldu" - Kissincer

“ABŞ-ın Ukraynanı NATO-ya üzv etmək istəyi ciddi səhv idi və bu, indiki münaqişəyə gətirib çıxardı”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi və milli təhlükəsizlik müşaviri Henri Kissincer deyib.

Onun sözlərinə görə, Rusiya əsrlər boyu regionda əhəmiyyətli təsirə malik olub. Lakin onun Avropaya münasibəti birmənalı deyil. Çünki Rusiya özünün inkişafı üçün Avropa ilə əlaqələri gücləndirməkdə maraqlı idi. Eyni zamanda Qərbdən gələn potensial təhlükələrdən ehtiyat edirdi.

Kissincerin sözlərinə görə, Ukraynada münaqişənin yaranmasına məhz bu ikili siyasət səbəb olub: “Hesab edirəm ki, Ukraynanı NATO-ya qəbul etmək təklifi kobud səhv idi və bu müharibəyə gətirib çıxardı. Eyni zamanda Bayden administrasiyası çox düzgün işlər görüb. Ukrayna məsələsində onları dəstəkləyirəm”, – deyə Kissincer vurğulayıb.

“Mənim nöqteyi-nəzərimə görə, Ukraynadakı müharibə Rusiyanın Avropadakı müttəfiq dövlətlərə hücumunun qarşısını almaq baxımından uğurlu oldu. Çünki Rusiyadan gələ biləcək başqa təhlükələr də mövcud idi”, – Kissincer fikirlərini tamamlayıb.

Xatırladaq ki, bu gün Kissincer yüz illiyini qeyd edir. O, ABŞ tarixində yeganə məmurdur ki, eyni vaxtda dövlət katibi və prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifələrində çalışıb. O, Amerika diplomatiyasının patriarxı hesab olunur. 1970-ci illərdə Kissincer Vaşinqtonun geniş spektrli məsələlər üzrə siyasətinin formalaşmasında əsas rol oynayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*