ABŞ Prezidentinin xüsusi nümayəndəsi Uitkoff planlaşdırıldığı kimi 16 mayda Türkiyəyə gələcək.
KONKRET.az xəbər verir ki, bu barədə Financial Times nəşri məsələ ilə tanış mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Uitkoff Rusiya Prezidenti Vladimir Putinin İstanbula səfər etməməsinə baxmayaraq, planını dəyişməyib və Türkiyəyə səfər etmək niyyətindədir.
Bundan əvvəl artıq ABŞ dövlət katibi Marko Rubio Antalyaya gəlib. O, NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə iştirak edəcək.
Natiq Səlim,
KONKRET.az