ABŞ İran casusunu həbs etdibackend

ABŞ İran casusunu həbs etdi

Amerika Federal Aviasiya Administrasiyasının keçmiş podratçısı, İran əsilli 43 yaşlı Abuzər Rəhməti İranın təhlükəsizlik və kəşfiyyat qurumları ilə əməkdaşlıq etdiyinə görə 1 il həbs cəzasına məhkum edilib.

KONKRET.az xəbər verir ki, bu haqda ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, həqiqi həbs cəzası ilə yanaşı, Rəhməti nəzarət altında 3 il şərti həbs cəzasına da məhkum edilib.

ABŞ Ədliyyə Nazirliyinin bundan əvvəl yaydığı məlumatda bildirilib ki, Əbuzər Rəhməti İran kəşfiyyat orqanlarına əhəmiyyətli məlumatlar ötürmək üçün saxta məlumatlarla podratçı qismində ABŞ-da işə götürülməyə nail olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*