ABŞ-ın vitse-prezidenti İranla danışıqlarda ölkəsinin nümayəndə heyətinə rəhbərlik edə bilər. “The Guardian” nəşrinin Pakistan mənbələrinə istinadən verdiyi məlumata görə, tərəflər arasında birbaşa təmasların bərpası istiqamətində hazırlıqlar görülür.
KONKRET.az xəbər verir ki, nəşrin həmsöhbətləri İran tərəfindən əsas danışıqçı qismində parlamentin spikeri Məhəmməd-Baqir Qalibafın çıxış edə biləcəyini ehtimal edirlər. Bununla belə, Qalibaf özü media orqanlarında mümkün danışıqlarla bağlı yayılan xəbərləri “yalan məlumat” adlandırıb.
İrandakı mənbələr Tehranın Vaşinqtona olan etimadını itirdiyini və ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoff, həmçinin Ağ Ev rəhbərinin kürəkəni Cared Kuşnerlə dialoq aparmaq niyyətində olmadığını bildirirlər. Qeyd edək ki, adıçəkilən şəxslər əvvəllər tərəflər arasındakı təmaslarda danışıqlar qrupuna rəhbərlik ediblər.
Qəzetin əldə etdiyi məlumata görə, nümayəndələrin görüşü artıq bu həftə Pakistanın paytaxtı İslamabadda baş tuta bilər.
Natiq Səlim,
KONKRET.az
