“İlk sakinlər İrandan qaçanlar olublar” – Bakının NZS qəsəbəsindən REPORTAJ – VİDEObackend

"İlk sakinlər İrandan qaçanlar olublar" - Bakının NZS qəsəbəsindən REPORTAJ - VİDEO

Baku TV paytaxtın təxminən bir əsrdir məskunlaşmanın olduğu NZS qəsəbəsindən reportaj hazırlayıb.

KONKRET.az xəbər verir ki, qəsəbədə yaşayan sakinlər buranın tarixi barədə maraqlı məlumatlar veriblər. Uzun illərdir burada yaşayan sakin qəsəbənin formalaşmasını belə xatırlayır:

“NZS-in yerli sakinləri buraya 1946-cı ildə gələnlərdir. Pişəvəri ilə birlikdə 120 min nəfər gəldi. Buradakı ‘amerikanka’ evlər onlar üçün tikildi. Gəlib zavod işçisi oldular, ona görə də o evlərdə yaşadılar. Sonra burada evləndilər. Fərq etmir, o tay, bu tay – eyni millətdir”.

Sakinlər, həmçinin 20 il əvvəl həmin ərazidə Novruz bayramının necə keçirildiyindən də bəhs ediblər:

“Uşaqlar oynayırdı, bayram süfrəsi qururdular. Əvvəllər münasibətlər çox yaxşı idi. İndi hər kəsin bir-biri ilə əvvəlki kimi münasibəti yoxdur”.

Qəsəbənin digər bir sakini isə ərazinin illər ərzindəki dəyişimini və mövcud vəziyyətini belə şərh edib:

“1987-ci ildən buradayam. Əvvəl gələndə genişlik idi, indi evlər tikilib, sıxlaşıb. Demək olar ki, tonqal qalamağa yer qalmayıb. Yuxarıda neft çənləri var, neft ərazisidir. Neft xətləri keçir”.

  • Shahnaz
    Mart 26, 2026 - 10:18

    Düz deyil. UPD (Uplotnenıy Posyolok Dmitrova) müharibədən sonra vaqonlarla rus qızlarının bakının gətirilməsi ilə əhalisi coxaldı. Onları həm zavodda işləmək adı ilə gətirirdilər, həm də azərbaycan millətinin qanını dəyişdirmək üçün (rus siyasəti). Bir gündə kamışdan evlər tikilirdi onlar üçün. O vaxtlar azərbaycanlıların coxu ruslarla evləndi. Bəli ərazi boş idi, sonra ermənistan qacqınları, sonra da öz rayonlarımlzdan gələn axın…(Bakı açıq şəhər olandan) Beləliklə indi maşın yolu da qalmayıb….

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*