Tramp administrasiyası ilə İran arasında Omanda keçirilən danışıqlar zamanı Tehrana yazılı nüvə razılaşması təklifi təqdim olunub.
KONKRET.az xəbər verir ki, bu təklif mayın 11-də Omanda baş tutan görüş zamanı İran nümayəndə heyətinə edilib.
Məlumata görə, ABŞ və İran arasında aprelin əvvəlindən bəri davam edən təmasların dördüncü raundunda ilk dəfə olaraq Ağ Evin xüsusi nümayəndəsi Stiv Vitkoff İran nümayəndələrinə rəsmi yazılı sənəd təqdim edib.
Həmin görüşdə iştirak edən İranın xarici işlər naziri Abbas Araqçı təklifi qəbul edib və məsələ ilə bağlı məsləhətləşmələr aparmaq üçün sənədi Tehrana aparıb.
Danışıqların detalları və təklifin məzmunu barədə əlavə məlumat verilməyib.
Aynurə İsmayıl
KONKRET.az