ABŞ İranla mübarizəyə 7 min hərbi qüvvə göndərirbackend

ABŞ İranla mübarizəyə 7 min hərbi qüvvə göndərir

ABŞ Müdafiə Nazirliyi bölgədə İranın fəaliyyətinin qarşısının alınması üçün Yaxın Şərqə əlavə 4-7 min hərbçi göndərməyi nəzərdən keçirir.

KONKRET.AZ “CNN” telekanalına istinadla xəbər verir ki, əlavə qoşunların Yaxın Şərqə göndərilməsi Tehranın bölgədəki fəaliyyətindən artan təhlükə, həmçinin İraq ərazisinə raketlərin çatdırılması səbəbi ilə hava hücumundan müdafiəni gücləndirmək ehtiyacı ilə əlaqədar ola bilər.

Bildirilir ki, hazırda Pentaqon Yaxın Şərqdə hansı əlavə hərbi imkanlara ehtiyac olduğunu müzakirə edir.

Qeyd edilir ki, ABŞ bölgədə öz iştirakını gücləndirmək üçün quru, hava və dəniz qüvvələrindən istifadə edə bilər. İlk mərhələdə bölgəyə 3-4 min hərbçinin göndəriləcəyi istisna edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*