ABŞ-ın İranla davam edən hərbi əməliyyatlarının ümumi dəyəri 27 milyard dollara çatıb.
KONKRET.az xəbər verir ki, bu barədə “İran Müharibə Xərclərinin İzləyicisi”nin hesabatında qeyd olunub.
Hesablama Pentaqonun məlumatlarına əsaslanır. Münaqişənin ilk altı günü 11,3 milyard dollara, sonrakı hər gün isə təxminən 1 milyard dollara başa gəlib.
Bu isə saatda təxminən 41,7 milyon dollar, saniyədə isə 11,6 min dollar deməkdir.
Qeyd edək ki, İsrail və ABŞ 28 fevralda İrana qarşı hərbi əməliyyata başlayıb. Əməliyyatın ilk saatlarında edilən hücumlar zamanı İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.
