ABŞ İsrailə quru əməliyyatlarını dayandırmağı tövsiyə edir – “The New York Times”backend

ABŞ İsrailə quru əməliyyatlarını dayandırmağı tövsiyə edir - “The New York Times”

Ağ Ev İsraildən quru əməliyyatlarına başlamazdan əvvəl Qəzza zolağına yardımın çatdırılması üçün daha çox vaxt verməsini istəyib.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Times” ABŞ rəsmilərinə istinadən məlumat yayıb.

Məlumata görə, Bayden administrasiyası həm də ABŞ-ın regiondakı aktivlərinə qarşı ehtimal edilən potensial hücumlara qarşı hazırlığı artırmaq istəyir.

Baydenin fikrincə, müharibə davam etdikcə bu hücumlar daha da güclənə bilər.

Mənbələr bildirir ki, bu, ABŞ müdafiə naziri Lloyd Austin vasitəsilə İsrailə çatdırılıb.

Bundan əlavə, dünən ABŞ lideri Co Baydenlə İsrailin baş naziri Benyamin Netanyahu arasında yenidən telefon danışığı olub.

Qəzetin yazdığına görə, ABŞ İsraildən quru işğalını təxirə salmağı tələb etmir, əksinə gözləməyi tövsiyə edir və əmin edir ki, Vaşinqton İsrailin HƏMAS-ı məhv etmək məqsədini tam dəstəkləyəcək.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*