ABŞ-ın yeraltı sığınacaqlara qarşı nəzərdə tutulmuş bombaları İranın nüvə obyektlərini tamamilə məhv etmək gücündə olmaya bilər.
KONKRET.az bildirir ki, bu barədə Politico qəzetinə açıqlamasında keçmiş amerikalı kəşfiyyat əməkdaşı Şumeyker məlumat verib.
Onun sözlərinə görə, ABŞ-ın istifadə etdiyi bunkerə qarşı bombalar təxminən 60 metr dərinliyə qədər nüfuz edə bilir. Lakin İranın strateji nüvə obyektləri təxminən 90 metr dərinlikdə yerləşir.
“ABŞ, hətta İrana məxsus nüvə materiallarını belə məhv etməkdə çətinlik çəkə bilər,” – deyə Şumeyker bildirib.
Ekspert xəbərdarlıq edib ki, əgər ABŞ bu obyektlərə zərbə endirməyə nail olsa belə, bu, bölgədə ciddi ekoloji fəsadlara, xüsusilə də “ətraf mühitə genişmiqyaslı kimyəvi çirklənmə” təhlükəsinə səbəb olacaq. Onun sözlərinə görə, belə çirklənmə küləyin təsiri ilə daha geniş ərazilərə yayıla bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az