ABŞ kəşfiyyatçısından təklif: “Rusiya ilə birlikdə işləməliyik”backend

ABŞ kəşfiyyatçısından təklif: “Rusiya ilə birlikdə işləməliyik”

ABŞ hökuməti öz nüvə strategiyasına yenidən baxmalı və Rusiya ilə razılığa gələrək nüvə üstünlüyü konsepsiyasından imtina etməlidir.

KONKRET.az xəbər verir ki, bunu keçmiş kəşfiyyatçı, amerikalı Scott Ritter təklif edib: “Silahlara nəzarəti bərpa etmək üçün Rusiya ilə birlikdə işləyə bilərik. Biz nüvə doktrinasında əsaslı dəyişikliklər etməliyik. Çünki Amerikanın nüvə üstünlüyü bitib”, – deyə o bildirib. Onun fikrincə, bu ideyadan imtina edilərsə, Vaşinqton nüvə arsenalını azaltmaqla bir neçə trilyon dollara qənaət edə bilər. Ekspert vurğulayıb ki, nüvə üstünlüyü ehtirası ABŞ-nin özünə də təhdid yaradır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*