ABŞ müharibə istəmir – Gizli görüş baş tutdubackend

ABŞ müharibə istəmir - Gizli görüş baş tutdu

ABŞ nümayəndə heyəti gizli şəkildə Türkiyə ərazisindən keçərək İrana səfər ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd olunub ki, 2 saat davam edən görüşdə İrana İsrailə hücum etməmək barədə xəbərdarlıq olunub. Həmçinin ABŞ-nin də müharibə tərəfdarı olmadığı vurğulanıb.

Onlar xoşməramlı niyyətlərini göstərmək üçün ölkə ərazisində fəaliyyət göstərən 10 Mossad agentinin siyahısını İran rəsmilərinə təqdim ediblər.

ABŞ tərəfi HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyəyə təşkil ediləcək hücumdan məlumatsız olduqlarını deyiblər.

Bundan əlavə, Birləşmiş Ştatların rəsmiləri vurğulayıb ki, Netanyahu hökuməti nəzarətdən kənarda qalıb və qlobal təhlükəsizliyə və sülhə xidmət etmir.

Məlik Məlikov,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*