ABŞ NATO ilə bağlı QƏRAR VERƏCƏK – Rubiobackend

ABŞ NATO ilə bağlı QƏRAR VERƏCƏK - Rubio

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, İran əleyhinə hərbi əməliyyat başa çatdıqdan sonra Vaşinqton NATO-nun ABŞ üçün əhəmiyyətini yenidən qiymətləndirəcək.

KONKRET.az xəbər verir ki, Rubio Fox News telekanalına müsahibəsində qeyd edib ki, bu məsələ ilə bağlı yekun qərarı ABŞ prezidenti verəcək.

Onun sözlərinə görə, alyansın hazırkı fəaliyyətinin ABŞ-ın maraqlarına uyğun olub-olmadığı yenidən nəzərdən keçiriləcək.

“Biz NATO-nun ölkəmiz üçün dəyərini yenidən qiymətləndirməliyik. Bu qərar sonda prezidentə aiddir. Alyans uzun müddət ABŞ-a yaxşı xidmət edib, lakin indi sual yaranır: o, hələ də bu məqsədə xidmət edirmi, yoxsa birtərəfli bir mexanizmə çevrilib?” – deyə Rubio vurğulayıb.

Dövlət katibi əlavə edib ki, bəzi hallarda ABŞ Avropanın təhlükəsizliyini təmin edən əsas qüvvə kimi çıxış edir, lakin Vaşinqtonun dəstəyə ehtiyac duyduğu məqamlarda müttəfiqlər hər zaman eyni səviyyədə yardım göstərmir. Onun sözlərinə görə, bu, xüsusilə hərbi bazaların istifadəsi və hava məkanından keçid məsələlərində özünü göstərir.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*