Pezeşkian Avropa Şurası rəhbərinə şərtləri dedibackend

Pezeşkian Avropa Şurası rəhbərinə şərtləri dedi

İran Prezidenti Məsud Pezeşkian Antonio Costa ilə telefon danışığında bildirib ki, Tehran gələcəkdə ABŞ və İsraildən təcavüz etməmək zəmanəti alsa, hərbi əməliyyatları dayandırmağa hazırdır.

KONKRET.az EFE-yə istinadla xəbər verir ki, İran prezidenti Avropa Şurasının rəhbərinə deyib:

“Bu müharibəni dayandırmaq üçün daimi istəyimiz var, amma yalnız hər hansı bir təcavüzün təkrarlanmayacağına dair zəruri zəmanətlər mövcud olduqda”.

Pezeşkian qeyd edib: “Avropa ölkələri İrana qarşı dağıdıcı yanaşmalarını beynəlxalq hüquqa və konstruktiv, peşəkar əlaqələrə əsaslanan siyasətlə əvəz etməlidirlər”.

O xatırladıb: “İranlıların qonşu ölkələrə ona görə hücum edir ki, onların əraziləri İrana hücum etmək üçün istifadə olunur və bu ölkələrin hakimiyyət orqanları bu cür hərəkətlərin qarşısını almaq üçün öhdəliklərini yerinə yetirməyiblər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*